Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dağıstanda yanacaq satışı məhdudlaşdırıldı

Dağıstanda yanacaq satışı məhdudlaşdırıldı
Rusiyanın Dağıstan Respublikasında yanacaq satışı ilə bağlı məhdudiyyət tətbiq edilib.

Bu barədə Dağıstanın Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, bölgədə bir nəfərə 20 litr benzin və 50 litr dizel satılmasına limit qoyulub. Bildirilib ki, bu addım mövcud yanacaq ehtiyatlarının daha bərabər paylanması və süni qıtlığın qarşısının alınması məqsədi daşıyır.

Nazirlik sakinlərə yanacağı kanistrlərə doldurmağa çalışmamağı, avtomobilləri isə yalnız “faktiki zərurət” olduğu halda yanacaqla təmin etməyi tövsiyə edib.

RBK-nın hesablamasına görə, Moskva vaxtı ilə saat 12:00-a olan məlumata əsasən, Rusiyanın 30 regionunda müxtəlif səviyyələrdə yanacaq satışı ilə bağlı məhdudiyyətlər tətbiq olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də