Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycana qarşı kampaniyaların başında Şvabe dayanır

Azərbaycana qarşı kampaniyaların başında Şvabe dayanır
Azərbaycana qarşı yenidən fərdi və institusional qaydada təzyiqlərin artdığının şahidiyik. Həmin bu təzyiq kampaniyalarının tərəfləri, təsisatları və şəxsləri dəyişməyib. Bu istiqamətdə yenidən baş rolda olan, qərəzçilik kürsüsünə təşrif buyuran Frank Şvabedir.

Bunuaçıqlamasında deputat Azər Badamov bildirib. 

"O Şvabe ki, Azərbaycan cəmiyyətinə siması ya da daha korrekt olaraq simasızlığı yaxşı məlumdur. Yaxşı deyiblər: “Sözə baxaram sözmü deyə, adama baxaram adammı deyə?” Çünki həmin bu Şvabe müxtəlif istiqamətlərdə qərəzli açıqlamalar versə də, bircə dəfə olsun belə azərbaycanlıların pozulan hüquqları ilə bağlı danışmayıb. Bəlkə lal və kar olub, xəbərimiz yox. Sonuncu kürsüdən isə belə bir çatışmazlığı görünmürdü. Əksinə, elə gur danışırdı ki, az qala və ən yaxşı halda dediklərinə özü inanırdı. Yenə də əksinə, ermənilərin aqibəti və erməniləri dəstəkləyənlərin aqibəti onu hər zaman dərindən narahat edib".

Deputat qeyd edib ki, şübhəsiz ki, Frank Şvabeni təhrik edən məsələlər var. Onun gur, alovlu çıxışlarını şərtləndirən amillər var.

"Stimul da mövcuddur. Həmin bu stimul, heç şübhəsiz ki, Qərb siyasi elitasının heç bir fərq qoymadan arxasında dayandığı, hətta qarşısına keçdiyi maddiyyatdır. İllər ərzində azərbaycanlıların öz doğma yurd-yuvalarından didərgin salınmasını görməzdən gələn Şvabe yenə də görməzdən gəlir. Nəyi? Ermənistanda baş verən qanunsuzluqları, seçki zamanı yol verilən həbsləri, səslərin oğurlanmasını, qeyri-demokratik əməlləri. Şvabe bir dəfə olsun belə azərbaycanlıların qayıdış hüququ ilə bağlı hər hansı bir qətiyyətli addım atmayıb, belə gur, fundamental, alovlu bir çıxış etməyib". 

"Bəli, yenidən Qərbdən Azərbaycana qarşı fərdi və institusional səviyyədə təzyiqlərin artdığının şahidiyik. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ölkəmizə qarşı qəbul etdiyi 18 iyun tarixli qərarı da bu qəbildəndir. Sadəcə faktı deyil, həm də öz özünü təkzib. Ədalətsizlik, qərəz, beynəlxalq hüququn müddəalarına zidd davranış və maddiyyatın arxasında gizlənmək bunların simasıdır. Frank Şvabenin Azərbaycanda insan haqları, demokratiya və bu kimi məsələləri kəskin tənqid etməsindən əvvəl yaxşı olardı ki, nəzərini çox da olmasa, ötəri də olsa Ermənistana yönəltsin və o zaman bir daha qərəzin və ikili standartların mövcud olduğu dərhal üzə çıxacaq. Bu, Frank Şvabenin köhnə mərəzidir. Həmin bu mərəz yenidən baş qaldırır.

Avropa Şurası Parlament Assambleyası erməni lobbisinin, anti-Azərbaycan mərkəzlərin əlində, təəssüflər olsun ki, alətdir. Həmin bu tərəflər Avropanın öz dəyərlərini də kobud şəkildə tapdalayırlar". 

"Azərbaycan qətiyyətli yolunda uğurla davam edir. Bu istiqamətdə Azərbaycanı haqq yolundan döndərmək mümkün deyil. Həmin bu təsisat və insanlar qərəzli təfəkkürün sahibi olan insanlardır. Azərbaycana qarşı böhtan yağdırmaq, od püskürmək münasibətlərə kökündən vurulan zərbədir.

Frank Şvabenin qərəzli olması onun keçmiş fəaliyyətindən də yaxşı məlumdur. Bir dəfə olsun belə azərbaycanlılara münasibətdə ədalətli yanaşma sərgiləməyən şəxsin hər nə qədər gur və alovlu çıxış etməyə çalışması da nəticəsizdir.

Azərbaycana qarşı böhtan yağdırmaq, od püskürməyi uzaqda dayanıb ikilistandartları təşviq edən  AŞPA tribunasından  mümkün etsələr də, nəticə mümkün deyil. Çünki, Azərbaycan dövləti üçün Şvabelərin antiazərbaycan çıxışları və qətnamələrinin heç bir hüquqi əssı  yoxdur və dövlətimizn möhkəmlənməsi və inkişafını, o cümlədən siyasi kursumuzu müstəqil şəkildə müəyyənləşdirirk. Amma onların qərəzli çıxşları və ittihamları ancaq onların məkanlarının divarlarından kənar heç bir hüquqi əsası və qüvvəsi yoxdur" - o deyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də