Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

700 bal toplayan Burlaxatunun əkiz bacısı da yüksək nəticə göstərib 

700 bal toplayan Burlaxatunun əkiz bacısı da yüksək nəticə göstərib 

Bu il I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında maksimum nəticə, 700 balı toplayan Burlaxatun Bəhruz qızı Məcidlinın ailəsində ikiqat sevinc yaşanır. Çünki onun əkiz bacısı Banuçiçək Məcidli də yüksək nəticə göstərib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, Burlaxatun Bəhruz qızı Məcidli hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticə toplayıb. O, imtahanın birinci mərhələsində də maksimum nəticə göstərərək 300 bal yığıb.

Burlaxatunun atası Bəhruz Məcidovaçıqlamasında bildirib ki, ailə üçün bu nəticə gözlənilməz olmayıb:

“Burlaxatunun 700 bal toplayacağına şübhəmiz yox idi. O, uşaqlıqdan çox əzmkar, inadkar və məqsədli olub. Elə buna görə də ailədə hamı ondan yüksək nəticə gözləyirdi”.

Atanın sözlərinə görə, ailənin digər sevinc mənbəyi isə Burlaxatunun əkiz bacısı Banuçiçək Məcidlinin də uğurlu nəticə göstərməsi olub. Belə ki, Banuçiçək qəbul imtahanında bacısından bir qədər az - 624,3 bal toplayıb. O, hüquqşünaslıq ixtisası üzrə hazırlaşır və ikinci cəhd imtahanında da iştirak edəcək.

Bəhruz Məcidov deyir ki, bacılar uşaqlıqdan hər işlərini birlikdə görüblər:

“Əkizdirlər, elə həmişə birlikdə olublar – dalaşanda da, sevinəndə də. Uşaqlıqdan hazırlığa da bir yerdə gediblər. Bəzi fənlər üzrə müəllimləri ayrı olsa da, ümumilikdə hər zaman bir-birlərinə dayaq olublar”.

Ata qeyd edib ki, Banuçiçək bacısının nəticəsinə görə son dərəcə sevinib və aralarında heç vaxt rəqabət hissi yoxdur:

“Banuçiçək Burlaxatunun nəticəsinə çox sevindi, onu qətiyyən qısqanmır. Əksinə, həmişə deyirdi ki, Burlaxatundan başqa nəticə gözləmək olmaz”.

Məcidli bacıları buraxılış imtahanında da yüksək nəticə ilə diqqət çəkmişdilər. Həmin imtahanda Burlaxatun 300 bal, Banuçiçək isə 266,7 bal toplamışdı. Hər iki abituriyent Mingəçevirdəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunudr.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də