Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünya çempionatı: İsveçrə Kanadaya qalib gəldi

Dünya çempionatı: İsveçrə Kanadaya qalib gəldi

Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

Üçüncü turda qrupun liderləri İsveçrə və Kanada milliləri qarşılaşıblar.

Kanada - İsveçrə oyununda 46-cı dəqiqədə Ruben Varqas Avropa millisini irəli çıxarıb. Oyunun 57-ci dəqiqəsində Yoan Manzambi hesabı 2:0 edib.

Oyunun 76-cı dəqiqədə kanadalı Promis Devid fərqlənib - 1:2.

Beləliklə, üçüncü turda İsveçrə millisi 2:1 hesablı qələbə qazanıb. Bununla da avropalılar qrupu 7 xalla lider kimi bitirib. Kanada isə 4 xalla ikinci sırada qərarlaşıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də