Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkanda ağır qəza 51 yaşlı kişinin həyatına son qoydu

Türkanda ağır qəza 51 yaşlı kişinin həyatına son qoydu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gün Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Davud Nəsirovun idarə etdiyi “BYD” markalı avtomobil yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Rauf Qafarovu vurub.

Ağır xəsarətlər alan piyada dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də