Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda ən çox böyrək köçürülməsinə ehtiyac var - Son rəqəmlər

Azərbaycanda ən çox böyrək köçürülməsinə ehtiyac var - Son rəqəmlər

Azərbaycanda ölümündən sonra orqan donoru olmağa razılıq verən şəxslərin sayı 1600 nəfəri ötüb.

Bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, təkcə 2026-cı ilin ilk 5 ayı ərzində təxminən 300 nəfər ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayıb.

Məlumata görə, hazırda orqan və toxuma transplantasiyası üçün gözləmə siyahısında 1400-ə yaxın şəxs qeydiyyatdadır. Gözləmə siyahısında olan xəstələr arasında isə ən çox ehtiyac duyulan orqan böyrəkdir.

"2026-cı ilin əvvəlindən bu günədək ölkədə ümumilikdə 120-yə yaxın transplantasiya əməliyyatı həyata keçirilib. Bunların 50-dən çoxunu böyrək, 30-a yaxınını qaraciyər, 20-yə yaxınını sümük iliyi və 20-yə yaxınını isə buynuz qişa (kornea) transplantasiyası təşkil edib.

Bu göstəricilər ölkədə transplantasiya xidmətlərinin davamlı inkişaf etdiyini və donor sisteminin gücləndirilməsi istiqamətində görülən işlərin nəticə verdiyini göstərir", - deyə rəsmi məlumatda qeyd olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də