Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda klinika direktoru vəzifəsindən istefa verdi

“Badam Medical Center”in direktoru Fuad Məmmədov vəzifəsindən ayrılıb.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Fuad Məmmədov bildirib ki, bir neçə gün əvvəl öz istəyi ilə son üç ildə rəhbərlik etdiyi “Badam Medical Center”dən ayrılıb.

O, qərarının səbəbini klinikada həyata keçirilən yeni struktur dəyişikliyi ilə razılaşmaması və öz missiyasını başa çatmış hesab etməsi ilə izah edib:

“Bəli, mən bir neçə gün öncə 3 ildir uğurları üçün çalışdığımız BADAM MEDICAL CENTER-dən ayrılmışam. Bu, sırf öz istəyimlə olub. Səbəb sadədir: BADAM-da yeni struktur dəyişikliyi ilə razılaşmamışam, missiyamı başa vurmuş hesab edirəm”.

Keçmiş direktor qeyd edib ki, rəhbərlik onun qərarına hörmətlə yanaşıb:

“Necə ki, mən mənə 3 il öncə etimad göstərənlərin struktur dəyişikliyi qərarına hörmətlə yanaşdım, eləcə də mənim direktorluqdan çıxma qərarıma hörmətlə yanaşıldı”.

Fuad Məmmədov yaxın günlərdə istirahət edəcəyini, daha sonra isə yeni iş təkliflərini dəyərləndirəcəyini bildirib.

O, paylaşımının sonunda ona dəstək göstərən hər kəsə təşəkkür edib və uğurlar arzulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də