
Qumar oyununda təkrar iştirak edənlər inzibati həbs oluna biləcək.
Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Əmək və sosial siyasət komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, qumar oyununda iştirak etməyə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 3 min manat məbləğində cərimə tətbiq olunur.
Təklif edilən dəyişikliyə görə, həmin inzibati xətanı inzibati tənbeh almış şəxs qərarın qüvvəyə mindiyi gündən etibarən bir il ərzində təkrar törədərsə, oyun ləvazimatı, qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, eləcə də qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə olunacaq.
Bundan əlavə, işin hallarından və pozuntunu törədənin şəxsiyyətindən asılı olaraq, həmin şəxs barəsində 15 günədək müddətə inzibati həbs də tətbiq edilə biləcək.


