Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

Azərbaycanda ən çox istifadə olunan minik avtomobillərinin siyahısı məlum olub.

DövləStatistika Komitəsinə sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il yanvarın 1-nə ölkədə 1 milyon 676 min 80 minik avtomobili qeydiyyatda olub.

Statistikaya əsasən, Azərbaycanda ən çox istifadə olunan avtomobil Mercedes markasıdır. Hazırda ölkədə bu markadan 222 min 50 avtomobil qeydiyyatdadır.

Siyahıda ikinci yerdə VAZ-2101, VAZ-2103 və VAZ-2106 modelləri qərarlaşıb. Bu seriyaya aid avtomobillərin sayı 190 min 874 təşkil edir.

Üçüncü sırada Hyundai yer alıb. Ölkədə 153 min 983 Hyundai markalı avtomobil qeydiyyata alınıb.

İlk beşliyi Toyota və VAZ-2105, VAZ-2107 modelləri tamamlayır. Azərbaycanda 124 min 922 Toyota, 124 min 902 isə VAZ-2105 və VAZ-2107 modeli qeydiyyatdadır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilk onluqda KIA, Opel, Chevrolet, Nissan və BMW markaları da yer alır. Belə ki, ölkədə 106 min 962 KIA, 71 min 507 Opel, 61 min 937 Chevrolet, 50 min 227 Nissan və 46 min 904 BMW markalı minik avtomobili qeydiyyatdadır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də