Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Britaniyaya qaçqın gedənlər bu məkanlarda yerləşdiriləcək

Böyük Britaniyada qaçqınların boş evlərə və keçmiş hərbi obyektlərə yerləşdirilməsi planı yerli sakinlərin etirazına səbəb olub.

 Britaniya hökuməti bahalı hotellərə çəkilən xərcləri azaltmaq üçün sığınacaq axtaran şəxslərin istifadəsiz evlərdə və bəzi hərbi obyektlərdə məskunlaşdırılması strategiyasını həyata keçirir.

Məlumata görə, Stouk-Hit kəndində 121 qaçqının 21 boş evdə yerləşdirilməsi qərarı yerli əhali arasında ciddi narazılıq yaradıb. Sakinlər hökumətin bu addımı onlarla məsləhətləşmədən atdığını bildirirlər.

Bölgə rəsmiləri kəndin ucqar ərazidə yerləşdiyini, infrastrukturun isə belə sayda insanın qəbuluna hazır olmadığını vurğulayırlar. Narazılıqlar fonunda yerli sakinlər hökumətin qərarına qarşı mübarizə aparmaq üçün ictimai şura yaradıblar.

Daxili İşlər Nazirliyi isə qərarın uzunmüddətli planın tərkib hissəsi olduğunu açıqlayıb. Qaçqınların yerləşdirilməsi prosesi Serco şirkəti tərəfindən həyata keçirilir. Bildirilir ki, layihə üzrə danışıqlar əvvəlki hökumət dövründə 14 ay davam edib.

Məsələ artıq Britaniya parlamentində də müzakirə olunub. Deputat Mark Priçard hökuməti yerli icmaların mövqeyini nəzərə almamaqda ittiham edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də