Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sərhədimizdə iki düşmən ordu qarşı-qarşıya – Yeni təhülkə

Ermənistan baş naziri Nikol Paşinyanın “KTMT ErmənistanI tərk edib” bəyanatı və NATO-nun bu ölkədə təlimlərə başlaması Rusiyada narazılıq yaradıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib: “Nikol Paşinyanın sözlərinə görə, KTMT Ermənistandan çıxıb. İndi onlar, nədənsə, yəni bu strukturdan çıxmalarına baxmayaraq, sonradan onu dondurmağa başlayıblar”.

Zaxarova NATO-nun Ermənistanda keçirılən “Qartal tərəfdaşlığı - 2026” təlimlərini isə “mürəkkəb məntiq” adlandırıb.

“İndiki mərhələdə onlar KTMT-dəki üzvlüyünü dondurduqlarını deyirlər. NATO ölkələri ilə bu cür birgə manevrlər yalnız təəssüf doğurur. Xüsusi narahatlıq doğuran məqam odur ki, Ermənistanda bu təlim proqramlarının tətbiqi həqiqətən sistemli xarakter alır. Xatırlatmaq üçün qeyd edək ki, təlimlər 2023-cü ildən bəri hər il keçirilir. Təlimlərdə heç bir sülhməramlı məqsəd elan edilməyib. NATO-nun əsas məqsədi göz qabağındadır. Ən təəccüblüsü odur ki, NATO bunu gizlətməyə belə çalışmır. Bu, respublikanın ənənəvi müttəfiqi Rusiyadan davamlı olaraq ayrılmasından ibarətdir. Bu tip təlimlər zamanı potensial düşmən kimi mövqe tutan ölkəmizin olması heç kimə sirr deyil. Bu, NATO-nun doktrinal sənədlərindən götürülmüş bir ifadədir. Yəni, erməni əsgərləri Rusiyaya qarşı döyüşmək üçün təlim keçəcəklər”, - deyə Zaxarova əlavə edib.

Rus sərhədçilərinin olduğu, avropalı jandarmaların yerləşdiyi, NATO əsgərlərinin də gəldiyi bir bölgədə hansı risklər yaranır? Ermənistanın bu addımları regionda gərginliyi artırmaqla sülhə zərər vururmu?

rovshen-mehheremov.jpg (18 KB)

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, KTMT-nin Ermənistana dəstək vermədiyi barədə Nikol Paşinyan 2020-ci ildən indiyədək dəfələrlə bəyanat verib. Sonuncu bəyanatı da dolayısı ilə bu qəbildən olan bəyanatdır. Paşinyan Ermənistanın yox, KTMT-nin Ermənistandan uzaqlaşdığını deməklə günahı qarşı tərəfin üzərinə yükləməyə çalışır:

“Onun bu cür bəyanatları şübhəsiz ki, Rusiyanı narazı salır. Rusiyanı narazı salan əsas məsələ ilə isə artıq uzun müddətdir ki, NATO hərbçilərinin Ermənistanda birgə hərbi təlimlərini sistemli keçirməsidir. İndi keçirilən təlimlər ilk dəfə deyil. Rusiya artıq görür ki, bu təlimlərə İrəvan şərait yaradır və KTMT-dən məsafə saxlayan İrəvan NATO hərbi qüvvələrinə qucaq açıb. Zaxarovanın da o cür açıqlama verməsi bu narazılığın ifadəsidir. Mən güman etmirəm ki, Paşinyan Zaxarovanın bu bəyanatından sonra NATO ilə birgə hərbi təlimlərdən imtina edəcək. İrəvan NATO ilə birgə təlimləri bundan sonra da keçirəcək. Bu addımlar isə təbii ki, Moskvanı daha da qəzəbləndirəcək. Paşinyanın KTMT ilə NATO-nu Ermənistanda üz-üzə qoyan siyasəti gərginlik atmosferi yaradır və yaradacaq”.

Bununla belə, ekspert onu da qeyd edib ki, Ermənistan nı qədər NATO-a qucaq açsa da Rusiyadan asılılığı daha çoxdur: “Ermənistanda Rusiya hərbi bazası mövcuddur. Ermənistan Rusiyadan silahlar almaqda davam edir. Rusiya Zaxarovanın və digər rəsmi şəxslərin aqressiv açıqlamalar verməyinə baxmayaraq Ermənistana silahlar və digər yardımlar göndərməkdə davam edir. Rusiya heç zaman razı olmayacaq ki, Ermənistan onun əlindən çıxsın”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də