
RegionTV.info "qafqazinfo"-ya istinadən xəbər verir ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb.
Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.
Xatırladaq ki, Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı olublar, əsasən "Baku Steel Company"də birgə pay sahibi olublar . R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.