Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Keçmiş deputat Paşinyanı məhkəməyə verdi

Keçmiş deputat Paşinyanı məhkəməyə verdi

Ermənisatn aprlamentinin keçmiş deputatı Zaruhi Postanjyan onu təhqir etdiyinə və böhtan atdığına görə Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

 “Hraparak”ın məlumatına görə, iddia ərizəsi artıq məhkəməyə təqdim edilib.

Postanjyan bildirib ki, o, Paşinyanın təhqiredici və böhtan xarakterli ifadələrinə görə məhkəməyə müraciət edib.
Sabir deputat baş nazirdən üzr istəməsini, deyilənlərin təkzib olunmasını və 9 milyon dram məbləğində mənəvi ziyanın ödənilməsini tələb edir.

Postanjyan deyib: "O, mənim peşə fəaliyyətimə də müdaxilə edib”.

Xatırladaq ki, seçkiqabağı təşviqat zamanı Arabkir rayonunda Zaruhi Postanjyanı görən Nikol Paşinyan onun haqqında belə demişdi:

“Zaruhi, nə danışırsan?.. Robertə və Serjə satılmış yalançı, heç utanmırsan? Yerə girəsən. Sən ümumiyyətlə kimsən? Ucuz adam, get Vardaniki müdafiə et, rüşvətxor yaramaz... Sən, Levon, Raffi, Vazgen və digərləriniz satılmış müxalifətin nümayəndələrisiniz. Siz Serjdən və Robertdən pul almısınız ki, xalqı hər dəfə aldadıb məğlubiyyətə aparasınız. Siz fürsətçilər qrupusunuz”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də