Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Astarada “VAZ” dərəyə yuvarlandı - Ölən və yaralananlar var

İyunun 18-də Astaranın Siyaku kəndinin ərazisində “VAZ” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, istehsal ili 30 ildən çox olan avtomobilin ciddi deformasiyaya uğraması nəticəsində sürücü T.Eyvazov hadisə yerində ölüb.

Qəzada xəsarət alan üç sərnişin isə xəstəxanaya yerləşdirilib.

“Yay mövsümü ilə əlaqədar, xüsusilə dağlıq zonalarda analoji hadisələrə tez-tez rast gəlindiyini təəssüflə qeyd edir, bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha sürücülərin diqqətinə çatdırır, onları dağlıq ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, meteoroloji şəraiti, avtomobilin sazlığını, onun texniki xarakteristikasının keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasını nəzərə almağa çağırırıq”, - məlumatda qeyd edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də