Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransada təyyarə qəzaya uğradı: Ölənlər var

Fransanın qərbində yerləşən La-Bol bölgəsində turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə çatdıqda hava gəmisi alovlar içində olub. Yanğının qarşısının alınması prosesinə 29 xüsusi texnika cəlb edilib.

Telekanal əlavə edib ki, hazırda qəzanın başvermə səbəbləri və həlak olan şəxslərin kimlikləri dəqiqləşdirilir./oxu.az/


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də