
İyun ayının 1-dən bu günədək Azərbaycanda qeyri-çimərlik ərazilərdə 12 nəfərin bataraq həlak olması faktı qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, qeyd olunan dövr ərzində çimərlik kimi nəzərdə tutulmayan su hövzələrində 12 nəfər bataraq ölüb.
FHN vətəndaşları yalnız nəzarət olunan və istifadəyə icazə verilmiş çimərliklərdən istifadə etməyə, təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. Nazirlik bildirib ki, qeyri-çimərlik ərazilərdə suya daxil olmaq insan həyatı üçün ciddi təhlükə yaradır.


