Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə Vətən müharibəsi iştirakçısı vəfat edib

Gəncədə Vətən müharibəsi iştirakçısı vəfat edib

Gəncədə baş leytenant vəfat edib.

 Gəncə şəhər Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbin hərbi-hazırlıq müəllimi, baş leytenant Rüstəm Xıdır oğlu İsayev dünyasını dəyişib.

Qeyd edək ki, R.İsayev 44 günlük Vətən müharibəsində iştirak edib. O, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də