
RegionTV.info "Milli.Az"-a istinadla xəbər verir ki, eyni anda üç sağlam övlad dünyaya gətirən 26 yaşlı qadın qanaxma səbəbindən dünyasını dəyişib.
Doğumdan sonra reanimasiyaya salınan 26 yaşlı Camila Cassimiro da Conceicao-nun həyatını xilas etmək mümkün olmayıb.
Faciəvi hadisə Brazilyada baş verib. Qadının ölüm xəbəri bütün ölkədə diqqət çəkib. Buna səbəb isə, qadının 6 övladının olmasıdır.
Belə ki, bundan əvvəl iki dəfə hamilə qalan qadın bir dəfə də əkiz doğub. 6 uşaq dünyaya gətirən qadın gənc yaşda dünyadan köçüb.
Fotoları təqdim edirik:

