Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qod Nisanovun bazarı belə yandı – VİDEO

Moskvanın cənub-şərqində yerləşən, Azərbaycan əsilli iş adamları Qod Nisanov və Zarax İliyevə məxsus olan “Sadovod” bazarında yanğın baş verib.

Hadisəyə səbəb Ukraynaya məxsus pilotsuz uçuş aparatının vurulduqdan sonra qalıqlarının kompleksin binalarından birinin damına düşməsi olub.

Moskva meri Sergey Sobyanin bildirib ki, insident nəticəsində xəsarət alan olmayıb. Onun sözlərinə görə, binalardan birinə dəyən ziyan ciddi xarakter daşımır. Lakin sosial şəbəkələrdə yayılan videolarda bazarın üzərində onlarla metr yüksəklikdə qara tüstünün qalxdığı görünür.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində ölkə ərazisində ümumilikdə 555 pilotsuz uçuş aparatı vurulub. Təkcə Moskva və ətraf regionlarda hava hücumundan müdafiə sistemləri tərəfindən təxminən 180 dron məhv edilib. Bu, Rusiya-Ukrayna müharibəsi dövründə paytaxta qarşı həyata keçirilən ən genişmiqyaslı hücumlardan biri hesab olunur.

Hadisə şahidlərindən biri bildirib ki, dronlardan biri “Sadovod” bazarının 15-ci sırasının yaxınlığında yerə çırpılıb:

“Güclü partlayış səsi eşidildi. Hətta avtomobilin içində oturduğumuz halda zərbənin təsirini hiss etdik”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də