Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İrana qarşı sanksiyalar mərhələli ləğv ediləcək

İrana qarşı sanksiyalar mərhələli ləğv ediləcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran Vaşinqtonla əldə olunan razılaşmaların şərtlərinə əməl etdikcə, ABŞ İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları mərhələli şəkildə ləğv etməyə hazırdır.

Tramp bu barədə Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.

“Hazırda qüvvədə olan sanksiyalar İranın iqtisadi cəhətdən bərpasına imkan vermir. Onların pulu olmazdı, ölkə yoxsulluq içində qalardı. Lakin onlar düzgün davranmağa başlayan kimi müəyyən dəyişikliklər olacaq. Öhdəliklərinə əməl etsələr, sanksiyaları aradan qaldıracağıq”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp qeyd edib ki, daha əvvəl də müxtəlif ölkə və şəxslərə qarşı sanksiyalar tətbiq edib, sonradan isə müəyyən şərtlər daxilində həmin məhdudiyyətləri ləğv edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də