Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə əməliyyat: 300-ə yaxın şəxs saxlanıldı

Türkiyədə əməliyyat: 300-ə yaxın şəxs saxlanıldı

Türkiyənin 54 vilayətində sosial media platformaları üzərindən muzdlu qatil və cinayətkar qruplaşmaları tərifləyən şəxslərə qarşı keçirilən əməliyyatlarda 258 şübhəli saxlanılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Əməliyyatlarda saxlanılan şübhəlilərin ünsiyyət platformalarında yaradılan qruplar vasitəsilə muzdlu qatil cəlb etmə və ya muzdlu qatillik işi görməyə yönəlmiş paylaşımlar etdikləri, sosial media hesabları üzərindən cinayət və cinayətkarı tərifləyən, təhdid, təhqir, qruplaşma təbliğatı məzmunlu paylaşımlar etdikləri aşkarlanıb.

"Sosial media üzərindən cinayətə təşviq edənlərə, cinayətkar qruplaşmaların təbliğatını aparanlara və gənclərimizi hədəf alan cinayətkar strukturlara qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk", -

Türkiyə DİN-dən bildirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də