Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xaçınçayda sel: yaşayış məntəqəsi təhlükədədir

Xaçınçayda sel: yaşayış məntəqəsi təhlükədədir

Ağdamda Xaçınçaydan keçən sel suları yaşayış məntəqəsinə təhlükə yaradıb.

Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Xaçınçayında suyun səviyyəsi yüksəlib. Sel suları Ağdamın Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyub, yaşayış evləri üçün təhlükə yaradıb. Həmçinin sel nəticəsində qaz xəttinə də ziyan dəyib.

Hazırda əraziyə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb olunub, təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görülür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də