Ermənilər bu qədər meşə sahəsini məhv edib - RƏSMİ
Tarix: 29-01-2021, 16:56Xəbərə baxış: 127
Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Firdovsi Əliyev bəyan edib ki, ermənilər ərazilərimizi işğalda saxladığı zaman 54 328 hektar meşə sahəsini məhv edib. RegionTV.info"BAKU.WS"-ə istinadən xəbər verir ki, Firdovsi Əliyev işğaldan əvvəl həmin ərazilərdə meşə örtüyünün 228 794 hektar təşkil etdiyini vurğulayıb. Nazir müavini əlavə edib ki, bu rəqəmlər ilkin məlumatlara əsaslanır.