
Bu barədə "Armenpress" agentliyi məlumat yayıb.
Məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində "Çiçəklənən Ermənistan" Partiyasının nümayəndələrinin Lori vilayətinin Spitak icmasına daxil olan Qoqaran qəsəbəsində və ətraf yaşayış məntəqələrində bir sıra seçicilərə rüşvət verdiyi müəyyən edilib.
İddialara əsasən, seçicilərə parlament seçkilərində həmin partiyaya səs vermələri və tərəfdar toplamaq şərti ilə pul təklif olunub.
Faktla bağlı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində cinayət işi açılıb. Bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib, həmçinin digər prosessual tədbirlər həyata keçirilib.
Komitə araşdırmaların davam etdiyini bildirib.


