Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Psixiatriya yardımı ilə bağlı yeni qaydalar müəyyənləşdirilir

Psixiatriya yardımı ilə bağlı yeni qaydalar müəyyənləşdirilir

Psixiatriya yardımı ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.

Məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Psixiatriya yardımı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, qanun layihəsinə əsasən, psixi sağlamlıqla bağlı məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması və həmin məlumatların bu sistem vasitəsilə əldə edilməsi, müalicədən imtina ilə bağlı məlumatların da elektron sağlamlıq kartına daxil edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, psixi pozuntu vəziyyətində olan şəxsin özünün və ya digər şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə şəxsin və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı yeni hüquqi mexanizmlər yaradılır. Həmçinin belə şəxslərin məhkəmə qərarınadək qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi barədə qərar qəbul edildikdə onların yaxın qohumlarının, qanuni nümayəndələrinin, prokurorun və aidiyyəti vəzifəli şəxsin dərhal məlumatlandırılması təklif olunur.

Layihə ilə həmçinin tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş, özünə və ya ətrafdakılara təhlükə yaradan şəxslərin digər pasiyentlərdən təcrid olunaraq müalicə olunması və məcburi hospitalizasiya zamanı təhlükəsizlik tədbirləri ilə bağlı yeni müddəaların qanuna əlavə edilməsi nəzərdə tutulur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də