Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Füzulidə 3 tondan çox çətənə məhv edildi

Füzulidə 3 tondan çox çətənə məhv edildi

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbir keçirilib.

Keçirilən tədbir nəticəsində Füzuli rayonunun işğaldan azad edilmiş Əbdürrəhmanlı kəndi ərazisində yerləşən 3 hektar sahədən 7847 ədəd, ümumi çəkisi 3 ton 840 kiloqram olan yabanı halda bitmiş çətənə kolu aşkar edilib.

Aşkarlanan narkotik tərkibli bitkilər kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də