Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda təhlükə: uşaq bağçasının həyətinə ilanlar doluşub

Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən uşaq bağçasının həyətində ilanların görünməsi valideynlər arasında ciddi narahatlıq yaradıb.

Müraciət edən valideynlər bildiriblər ki, havaların isinməsindən sonra ərazidə ilanlara tez-tez rast gəlinir.

Onların sözlərinə görə, vəziyyət nəzarət altına alınmasa, sürünənlərin bağçanın daxili sahəsinə də keçməsi təhlükəsi yarana bilər. Valideynlər uşaqların təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.

Tanınmış herpetoloq Anar Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, bu sahədə həm dövlət qurumları, həm də özəl şirkətlər fəaliyyət göstərir.

Onun sözlərinə görə, problemin həllində əsas yük mütəxəssislərin üzərinə düşür:

“Bütün ərazinin hər dəfə tam yoxlanmasına ehtiyac olmur. Mütəxəssislər vəziyyəti yerində qiymətləndirirlər. Lazım olan yerlərdə isə müdaxilə edilir. Bəzi hallarda fiziki üsullardan, məsələn, kürək kimi vasitələrdən istifadə olunur. Xüsusilə uşaqların olduğu ərazilərdə bu tədbirlər daha diqqətli şəkildə görülməlidir”.

Mütəxəssis əlavə edib ki, ilanlara qarşı aparılan dərmanlama prosesi də geniş yayılıb, lakin bu vasitələr birbaşa məhvedici təsir daşımır.

“İstifadə olunan preparatlar çox vaxt gübrə xarakterli olur və ilanları birbaşa öldürmək üçün nəzərdə tutulmur. Bazarda müxtəlif adlarla satılan xüsusi vasitələr mövcuddur. Bu işlər adətən dezinfeksiya və profilaktika xidməti göstərən şirkətlər tərəfindən həyata keçirilir”, – deyə Anar Cəfərov qeyd edib.

Onun sözlərinə görə, belə hallarda ərazi əvvəlcə mütəxəssislər tərəfindən yoxlanmalı, ilanların olub-olmaması dəqiqləşdirilməli, daha sonra isə təhlükəsizlik tədbirləri görülməlidir. Əgər ərazidə ilan aşkar olunarsa, əvvəlcə onların çıxarılması, daha sonra isə profilaktik dərmanlama aparılması məqsədəuyğundur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də