Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Belə məhsulu buraxan şirkəti... - Normal ölkələrdə QADAĞAN EDİRLƏR...




"Şikayətim "SAB" firmasındadır. Həmin firmaya məxsus "Səyyah" yarım hissə verilmiş kolbasa almışam və doğradığnda içindən qara bir metal parçasının çıxdığını aşkarladıq". DİA.AZ bildirir ki, bunu Bakı sakini Fərid Sultanov sosial şəbəkədə paylaşıb.
Belə məhsulu buraxan şirkəti... - Normal ölkələrdə QADAĞAN EDİRLƏR...
Daha sonra narazı vətəndaş yazır: "Yaxından baxıldığında həmin metalın bolt birləşməsi (şurup) olduğu məlum oldu. Şəkildə də göründüyü kimi bir hissəsidir, digər hissə nə zaman qarşıma çıxacaq və ya kiminsə qarşısına çıxacaq deyə dəqiq bilmək olmur.

Qeyd olunan kolbasa qiyməti ilə də fərglənir və bahalıdır. Bu cür şirkətin bahalı kolbasası istehsal zamanı buraxılmış ciddi səhvi heç xoşa gələn deil. Bunu görmədən yemək və ağızda kəsiklər ve ya yaralar əmələ gəlməsinə gətirib çıxara bilərdi.

Hörmətli istifadəcilər, sizdən xahiş olunur bu tipli kolbasa və diger bu kimi məhsulları istifadə etdikdə diqqətli olsun. Bu kimi hal insan sağlamlığına ciddi zərər vura bilər!"

Dia.az olaraq vətəndaşın paylaşdığı fotoları təqdim edirik:



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də