Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mehdiabada şəhərin mərkəzindən yeni yol çəkiləcək

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolu gələcəkdə 8 Noyabr prospekti ilə birləşəcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Abşeronun şimal-qərb hissəsini Bakının şərq və cənub-qərb istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinə qədər əlaqələndirilməsi nəzərdə tutulur. Bu yol gələcəkdə 8 Noyabr prospekti ilə birləşəcək. Sezar pizza

"İnşa ediləcək irimiqyaslı yol Mehdiabad və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balansı paylanılacaq. Xüsusilə Binəqədi, 20 yanvar, Ziya Bünyadov xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq. Bir çox nəqliyyat vasitəsi alternativ yollarla hərəkət edəcək. Ümumilikdə həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq", - AYNA-dan bildirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də