Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olundu

İlk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olundu

Türkiyədə tibb tarixində ilk dəfə səkkiz istiqamətli çarpaz qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib.

Bunu Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu açıqlayıb. Nazir bildirib ki, əməliyyat İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunda professor Sezai Yılmaz və onun komandası tərəfindən icra olunub. O, bu uğuru tibb sahəsində mühüm mərhələ kimi qiymətləndirib.

Qeyd edək ki, Türkiyədə hər il təxminən 1800 qaraciyər transplantasiyası həyata keçirilir və onların 300-dən çoxu sözügedən institutun payına düşür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də