
Quba rayonunda avtomobil yolu qəzalı vəziyyətə düşüb.
Yuxarı Tüləkəran–Möhüc–Yenikənd avtomobil yolunun Əski İqrığ kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü çöküb.
Yolun həmin hissəsində yaranan çökmə səbəbindən nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yaranıb. Sürücülərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müvafiq tədbirlər görülür.
Məlumata görə, marşrut boyunca ümumilikdə 7 müxtəlif nöqtədə çökmə qeydə alınıb. Bu isə yolun texniki vəziyyətinin ciddi şəkildə pisləşdiyini göstərir.
Aidiyyəti qurumlar tərəfindən ərazidə vəziyyətin araşdırıldığı və bərpa işlərinin aparılacağı gözlənilir.


