Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı

ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançısı Kaliforniya ştatında yerləşən Eduards Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Hadisə yerli vaxtla saat 11:20 radələrində baş verib.

Qəzanın ardından əraziyə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, B-52 Stratofortress bombardmançısının ekipajı adətən beş nəfərdən ibarət olur.

Qəzanın baş verdiyi Edvards bazası Los-Ancelesdən təxminən 161 kilometr şimalda yerləşir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də