“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub.
Bloger bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
“Bu dünyadan bir mələk köçdü. Mənim saf, sevgi dolu, gözəllər gözəli, Merim. Artıq necə yaşayacağımı bilmirəm, qəlbimdə elə ağrı-acı var ki, ölənədək qalacaq. İnanmaq, qəbullanmaq istəmirəm, birinin məni bu yuxudan oyatmağını gözləyirəm. Ruhun şad olsun mənim həyatım, gözəl bacım, balaca balam…”
O əlavə edib ki, dəfn mərasimi 16 iyunda Gəncədə baş tutacaq.





