Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda çıxarışlı torpaqlara maraq artıb - VİDEO

Ən ucuzu beş min, ən bahası isə yarım milyon manata qədərdir.

Söhbət yerləşdiyi əraziyə görə, çıxarışlı torpaq sahəsinin bir sotunun qiymətindən gedir.

Bakıda torpaq bazarında qiymətlər yenidən yüksəlib. Xüsusilə yay mövsümünün yaxınlaşması və fərdi yaşayış evlərinin inşasına marağın artması bazarda canlanma yaradıb. Əmlak məsələləri üzrə mütəxəssislər bildirirlər ki, hazırda ən çox tələb çıxarışlı torpaq sahələrinədir. Səbəb də ev tikildikdən sonra kommunal xətlərin çəkilməsində problemlə üzləşməmək istəyidir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, qiymətə tikinti aparmaq üçün havanın əlverişli olması da təsir edir. Yəni hər il ənənəvi olaraq yaz-yay mövsümündə torpaq bazarına tələbat artır ki, bu da bəzi işbazların qiyməti yüksəltməsi ilə nəticələnir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də