Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Onlar tarixə düşdülər

Onlar tarixə düşdülər

Futbol üzrə dünya çempionatının E qrupunda Almaniya ilə Kurasao arasında keçirilən görüş tarixə düşüb.

 Kurasaonun baş məşqçisi 78 yaşlı Dik Advokat dünya çempionatları tarixində ən yaşlı baş məşqçi kimi rekorda imza atıb.

O, mundialın ən gənc çalışdırıcısı sayılan Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmanla qarşılaşıb. Onlar arasında təxminən 40 yaş fərqi olması dünya çempionatları tarixində ilk kimi qeydə alınıb.

Görüş Almaniya yığmasının Kurasao üzərində 7:1 hesablı qələbəsi ilə başa çatıb. Dik Advokatın çalışdırdığı Kurasao yığmasının 150 min əhalisi olan ölkə kimi dünya çempionatına çıxması və mundialda ilk qolunu Almaniyaya vurması da tarixə düşüb.

Qeyd edək ki, E qrupunda Almaniya, Fil Dişi Sahili, Ekvador və Kurasao yığmaları mübarizə aparır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də