Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Ford” “KamAz”a çırpıldı - 25 yaşlı gənc öldü

“Ford” “KamAz”a çırpıldı - 25 yaşlı gənc öldü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford Transit” markalı avtomobil “KamAz” markalı yük avtomobilinin qoşqusuna çırpılıb.

Nəticədə “Ford” markalı avtomobilin sürücüsü,  Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad İbrahimov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də