Alman avtomobillərinin Rusiyaya çatdırılması üçün istifadə olunduğu bildirilən yeni sxem diqqət çəkib.
BMW və Audi markalı avtomobillərin sərhədi keçməzdən əvvəl üzərlərinə Çin istehsalçısı Changan brendinin loqoları yapışdırılır.
Məlumata görə, avtomobillər bu şəkildə rəsmiləşdirilərək Rusiyaya daxil olur. Daha sonra isə loqolar çıxarılır və nəqliyyat vasitələri yenidən orijinal alman markaları kimi satışa təqdim edilir.
Bildirilir ki, sözügedən üsul sanksiyalar səbəbindən yaranan məhdudiyyətləri aşmaq üçün istifadə olunur.


