Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qaçaq siqaret imperiyası çökdü – Polşa mediası erməni bağlantısından yazır

Polşada erməni izi olan beynəlxalq siqaret qaçaqmalçılığı şəbəkəsi ifşa edilib.

Polşa mediasına istinadən xəbər verir ki, ölkənin Mərkəzi İstintaq Bürosu (CBŚP) və Sərhəd Mühafizəsi Xidməti Belarusdan Avropa İttifaqı ölkələrinə qanunsuz siqaret daşınmasını təşkil edən mütəşəkkil cinayətkar qruplaşmanı zərərsizləşdirib.

Məlumata görə, şəbəkənin fəaliyyətində Polşa, Litva və Ermənistan vətəndaşları iştirak edib. Son əməliyyat zamanı altı Polşa vətəndaşı ilə yanaşı, bir Ermənistan vətəndaşı da saxlanılıb.

İstintaq materiallarında bildirilir ki, qrup 2020–2021-ci illərdə Belarusdan Litva vasitəsilə Avropa bazarlarına milyonlarla qutu qaçaq siqaret çıxarıb. Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, cinayətkar şəbəkə təxminən 6,5 milyon qutu siqaretin qanunsuz dövriyyəsində iştirak edib. Dövlət büdcəsinə vurulan zərərin 190 milyon zlotıdan çox olduğu qeyd olunur.

Axtarışlar zamanı aksiz markası olmayan siqaret və elektron siqaretlər, bahalı avtomobillər, oğurluq şübhəsi doğuran avtomobil hissələri, həmçinin sursatlar aşkar edilərək götürülüb. 

5a3ec27a39dcd7759c8ad64f987a25d8.png (882 KB)

Saxlanılan şəxslərə mütəşəkkil cinayətkar qrup yaratmaq, ona rəhbərlik etmək və qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmaq ittihamları irəli sürülüb. İstintaq davam edir və yeni həbslərin olacağı istisna edilmir.

Qeyd edək ki, Polşada son illərdə qanunsuz tütün istehsalı və qaçaqmalçılığı ilə bağlı bir sıra əməliyyatlarda Ermənistan vətəndaşlarının adı hallanıb. 2025-ci ildə Polşa hüquq-mühafizə orqanları üç qanunsuz siqaret fabrikini idarə edən erməni cinayət qrupunun üzvlərinin saxlanıldığını açıqlamışdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də