Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq

Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində xidmətlərin daha əlçatan olması üçün bir neçə aqroservis mərkəzinin qurulması nəzərdə tutulur.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən müşavirədə bildirib.

Nazir bildirib ki, müvafiq dövlət qurumlarının vahid məkanda fəaliyyət göstərəcəyi altı nöqtə müəyyənləşdirilib:

"Seçilmiş məntəqələrdə, o cümlədən Xankəndi, Xocalı və Xocavənddə aqroservis xidmətlərinin təşkili nəzərdə tutulur. Bu mərkəzlər işə başladıqdan sonra fermerlər və sahibkarlar bütün lazımi xidmətlərdən bir məkanda faydalana biləcəklər".

M.Məmmədov həmçinin tingçilik və toxumçuluq sahəsində fəaliyyət göstərmək istəyən sahibkarlara da lazımi dəstəyin veriləcəyini vurğulayıb.

"Bu istiqamətdə əməkdaşlarımız sahibkarlarla birbaşa ünsiyyət quracaq, layihələrin reallaşdırılması və yaranan problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq məsləhət və yardımı təmin edəcəklər".

"Bildiyim qədərilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bağçılıq və əkin sahələrinin su ilə təminatına yönəlmiş layihələr icra edir. Su infrastrukturunun tikintisi tamamlandıqdan sonra həmin ərazilərdə bağların salınması və müasir suvarma sistemlərinin quraşdırılması üçün daha geniş imkanlar əmələ gələcək" - deyə nazir sonda bildirib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də