Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

FHN-dən zəlzələ ilə bağlı yeni açıqlama

FHN-dən zəlzələ ilə bağlı yeni açıqlama

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 12.06.2026-cı il tarixində yerli vaxtla saat 15:13 dəqiqədə Qəbələ seysmik stansiyasından 11 km cənub-qərbdə, Qəbələ rayonunda 42 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də