Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyadan Ermənistana qarşı növbəti qadağa

Rusiyadan Ermənistana qarşı növbəti qadağa

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistandan gətirilən karantin nəzarətində olan məhsulların idxalına və tranzitinə məhdudiyyət tətbiq edib.

Qurumun məlumatına görə, iyunun 12-dən etibarən Ermənistandan Rusiyaya bütün karantin nəzarətində olan məhsulların gətirilməsi qadağan edilir.

Məhdudiyyətlər yalnız idxalı deyil, həm də həmin məhsulların Rusiya ərazisi vasitəsilə digər Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə tranzit daşınmasını da əhatə edir.

Rosselxoznadzor qərarın fitosanitar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edildiyini bildirib. Qadağanın hansı müddətə qüvvədə qalacağı barədə isə məlumat verilməyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də