Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Suyun qiyməti dəyişəcək? - RƏSMİ AÇIQLAMA

Suyun qiyməti dəyişəcək? - RƏSMİ AÇIQLAMA

İqlim dəyişiklikləri, quraqlıq risklərinin artması və bir sıra ölkələrdə su çatışmazlığı ilə bağlı xəbərlər Azərbaycanda da su ehtiyatlarının vəziyyəti ilə bağlı müzakirələri gündəmə gətirib. Bu fonda əhalini narahat edən əsas məsələlərdən biri də gələcəkdə suyun əlçatanlığının azalması və qiymətlərdə mümkün artım ehtimalıdır.

Məsələ ilə bağlıaçıqlama verən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov bildirib ki, hazırda ölkədə su təminatı ilə bağlı hər hansı ciddi risk gözlənilmir.

"Hal-hazırda elə bir qlobal problem gözlənilmir. Kifayət qədər su ehtiyatlarımız var. Xüsusilə də kənd təsərrüfatı üçün mövcud ehtiyatlar yetərlidir və müvafiq dövlət proqramları çərçivəsində bu ehtiyatlarımız davamlı olaraq genişləndirilir", - deyə o qeyd edib.

Sədr müavininin sözlərinə görə, dövlət tərəfindən həyata keçirilən layihələr və proqramlar su ehtiyatlarının qorunmasına, idarə olunmasına və artırılmasına xidmət edir. Bu da ölkənin su təminatının dayanıqlılığının gücləndirilməsinə imkan yaradır.

İ.Bayramov vurğulayıb ki, mövcud vəziyyət nəzərə alınaraq yaxın perspektivdə suyun əlçatanlığının azalması ilə bağlı ciddi narahatlıq üçün əsas yoxdur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də