Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Evdən oğurluq edən şəxs saxlanıldı

Evdən oğurluq edən şəxs saxlanıldı

Xətai rayonunda evlərdən birindən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Rayon ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 1700 manat olan pul və gümüş əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş 32 yaşlı O.Həmzəyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, evin pəncərəsinin açıq olmasından istifadə edərək mənzilə daxil olub və oğurluq edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də