Azərbaycan Mərkəzi Bankı yeni binanı öz hesabına tikəcək.
RegionTV.info "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank son 3 ildə dövlət büdcəsinə 7,8 mlrd. vəsait köçürüb və 2021-ci ildə bu vəsait 256 mln. köçürməyə planlanılır.
Qeyd edək ki, AMB yeni binasının tikintisinə 220 mln. avroya yaxın ayıracaq.
Azərbaycan Mərkəzi Bankı yeni inzibati binasının tikintisinə 218 mln. avro yönəldəcək və bina Türkiyənin Tekfen Holding şirkəti tərəfində inşa ediləcək.
Xəbəri paylaş