Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yanacaq satışına məhdudiyyət qoyulur: yeni limitlər tətbiq edilirVİDEO

Moskvada bir sıra yanacaqdoldurma məntəqələrində yanacaq satışına məhdudiyyətlərin tətbiqinə başlanılıb.

 ORTK yanacaqdoldurma məntəqələri şəbəkəsində artıq bir müştəriyə maksimum 60 litr benzin və 100 litr dizel yanacağı satılır. Şirkətdən bildirilib ki, bu qərar mövcud bazar vəziyyəti ilə əlaqədardır. Məlumata görə, Lukoil şəbəkəsində hələlik bir müştəri üçün benzin satışı 100 litrlə məhdudlaşdırılıb. 

Mənbələrin iddiasına əsasən, yaxın vaxtlarda oxşar məhdudiyyətlər Rosneft və Tatneft yanacaqdoldurma məntəqələrində də tətbiq oluna bilər.

Xatırladaq ki, bundan əvvəl Moskva və paytaxtın vilayətində benzinin qiymətində kəskin artım qeydə alındığı barədə məlumat yayılmışdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də