
“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu çempionluğu qeyd etmək üçün altı milyon avroya yaxta alıb.
Bununla bağlı “Daily mail” məlumat yayıb.
Ronaldu “Yuventus”la birlikdə İtaliya çempionluğunu qazanıb. Futbolçu İtaliyanın şimal-qərbinə ailəsi ilə birlikdə yollanıb.
Yaxta xüsusi sifarişlə hazırlanıb. Onun iki istirahət zonası, qonaq və yataq otaqları var.