Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda yeni 100 manatlar dövriyyəyə buraxılırVİDEO

Azərbaycanda gələn aydan yenilənmiş 100 manatlar istifadəyə veriləcək.

Yeni əsginaslar ən son mühafizə elementləri ilə təchiz olunub. Yenilənmiş 100 manatın üzərində rəngi dəyişən üçölçülü holoqram, dinamik işıq effekti yaradan “Spark Flow Prime” elementi və manat simvolu yer alıb. Əsginas işığa tutulduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominal dəyəri görünəcək.

Yeni 100 manatlarda görmə qüsuru olan şəxslər üçün xüsusi qabarıq xətlər də yerləşdirilib. Əsginasın hər iki kənarında yerləşən bu xətlərə toxunmaqla onun nominalını və həqiqiliyini müəyyən etmək mümkün olacaq.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də