Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda sərnişin avtobusa hücum etdi - VİDEO

Bakıda sərnişin avtobusa hücum etdi - VİDEO

Bakıda ictimai nəqliyyatda insident baş verib.

Hadisə Nəsimi rayonu akademik Həsən Əliyev küçəsində baş verib.

Belə ki, 61 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edın “Otokar” markalı avtobusun dayanacaqdan kənar yerdə qarşısını kəsərək saxlatdıran sərnişin əsəbi halda nəqliyyat vasitəsinə zərər vurub.

O, avtobusun şüşəsilənlərini qoparıb, həmçinin zərbələr endirərək nəqliyyat vasitəsinin ön şüşəsini sındırıb.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də