Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Milli komandamız bu gün Malta ilə qarşılaşacaq

Milli komandamız bu gün Malta ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Malta yığması ilə qarşılaşacaq.

Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı macarıstanlı baş hakim Mixali Kaprali idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu iyunun 9-da San Marinoya qarşı keçirəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də