
Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.
MTK-lar tərəfindən abonentlərdən sayğacların quraşdırılması üçün 300-500 manat məbləğində vəsaitlərin tələb edilməsi ilə bağlı müraciətlərə cavab olaraq baş direktor bildirib ki, MTK-larla vətəndaşlar arasında qazlaşma müqaviləsi bağlanır və həmin razılaşmaya əsasən qazlaşdırma aparılır:
“Məlumat üçün bildirim ki, mexaniki sayğacların qiyməti 70-90 manat, digər sayğacların qiyməti isə 200-240 manat arasındadır.
Sizdə hansı sayğaclar quraşdırılıb və nə üçün həmin məbləği tələb edirlər bunu MTK-larla aydınlaşdıra bilərsiniz. Lakin ümumilikdə məsələ “Azəriqaz”ın səlahiyyətlərinə daxil deyil.
Onu deyim ki, biz “Azəriqaz” İB olaraq fərdi abonentlərimiz üçün yeni sayğacların quraşdırılmasını və sayğacların əvəz olunmasını ödənişsiz həyata keçiririk”.